Logo

MDU-nun rektoru Ağdamda Beynəlxalq Elmi Konfransda çıxış edib

18.09.2021 11:59 1142 baxış
IMG

Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində Prezidentin xüsusi nümayəndəsinin, İqtisadiyyat Nazirliyinin və AMEA-nın İqtisadiyyat İnsititu və Qarabağ Dirçəliş fondunun dəstəyi ilə  Ağdam şəhərinə səfər təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, səfərdə iştirak edən xarici və yerli mütəxəssislərin iştirakı ilə, "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa xarici ölkələrdən də 30-a yaxın alim cəlb olunub.  

 Bildiyimiz kimi Ağdam rayonu işğladan azad edildikdən sonra rayonda böyük quruculuq işləri davam etdirilir. Bu quruculuq işlərinin elmi əsaslara söykənməsi bu gün prioritet məsələlərdən biridir.

Mingəçevir Dövlət Universiteti (MDU)-nin rektoru Şahin Bayramov "Ağdamda yeni iqtisadiyyat quruculuğunda təhsilin rolu" adlı məruzəsi ilə konfransda çıxış edib. 

 Nümayəndə heyyəti əvvəlcə ermənilərin Pənahəli xanın imarət kompleksində törətdikləri vandallıq faktları ilə tanış olub, Qarabağ xanlarının dağıdılmış türbələri o cümlədən, Xurşidbanu Natavanın məhv edilən məzarına baş çəkiblər sonra Çörək muzeyinin qalıqları ziyarət edilib. 

 Ağdam cümə məscidi ilə tanış olan qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib. 
          
 Qeyd edək ki, Ağdamda ilk dəfə keçirilən elmi konfransın ikinci hissəsinin Bakı şəhərində keçiriləcəyi nəzərdə tutulub. 

Xəbər lenti